Şou-biznes

Azərbaycanlı məşhurlar harada və necə istirahət edirlər? - FOTO

31 İyul 2014 14:01
6 Şərh     Baxış: 4 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yay fəslində bütün sahələr kimi şou-biznes əhli də istirahətə yollanır. Onlar da məzuniyyətin nə qədər vacib olduğunu anlayırlar. Məşhurların hər biri fərqli formada istirahət edir. Çoxları da xaricdə dincəlməyi üstün tutur.

Milli.Az Lady Day.Az-a istindəmn məşhurların yay istirahəti haqda yazır:

Tanınmış müğənni Sevda Yahyayeva bu yaxınlarda İstanbuldan qayıdıb. Bir aya yaxın o, şou-biznesdən tamamilə kənarda istirahət edib. Ancaq istirahətini kimlə keçirdiyini sirr olaraq saxlayır.



Şoumen, aparıcı, bəstəkar və indi də ifaçı Murad Arif həyat yoldaşı ilə bir aylıq İsveçə yollanıb. Onun həyat yoldaşının ailəsi orada yaşadığı üçün bir aylıq oraya getməyi qərara alıblar.



"Miss Millenium" titulunun sahibi Validə Abbasova qzı Kamilə və sevgilisi ilə İsveçrədə istirahət edir. O, bir neçə gününü Fransa və Monakoda da keçirib.



Müğənni Nura Suri övladları ilə Antalyada istirahəti seçib. O, məşhur milyarder Telman İsmayılovun otelində istirahət edir.



Meyxanaçı Namiq Qaraçuxurlu vətəndə istirahətə üstünlük verib. O, dostları ilə bağda istirahət edir.



Aktrisa və müğənni Aygün Rəhimova sanki Avropa ölkələrinə turneyə çıxıb. Rəfiqəsi ilə birlikdə artıq Paris və Amsterdam şəhərlərində olub.



Yazıçı Natella Osmanlı rəfiqəsi ilə Vyanaya gedib. Hazırda isə Budapeştdədir.



Müğənni Zamiq Hüseynov isə istirahət üçün qardaş Türkiyəni seçib. Orada unudulmaz bir neçə gün keçirib.



Məryam Şabanova adətən Nabranda istirahət edir. Bu il isə bir neçə günlük Gürcüstana səyahəti seçib.




Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.