Şou-biznes

Əməkdar artist: "Dərmanlar içir, həyatda qalmağa çalışıram" - YENİLƏNİB - FOTO

31 İyul 2014 15:36
8 Şərh     Baxış: 4 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Kəmalə Rəhimli "Hər şey daxil" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni səhhətindən, maddi durumundan və gündəmdən uzaqlaşmağından bəhs edib:
 
"Sənətə gəlmişik ki, xalq qarşısında çıxış edək. Bununla qidalanmışıq. Hazırda işləmirəm, bu, mənə mənəvi zərbədir. 36 kvadrat metrlik evdə oturmuşam, məşq edə, oxuya bilmirəm. Çünki qonşular şikayət edirlər. Mən sənəti sevib müğənni olmuşam.

İndi səhhətim pisdir deyə işləyə bilmirəm. Tədbirlərə dəvət edilmirəm. Bu sənətə canımı qoymuşam. Vaxtilə toylara, konsertlərə getmişəm. Dövlət konsertində canlı oxuyurduq. İndikilər gəlir, disk qoyur, ifa edir, gedirlər. Son 20 ildir xəstəlikdən əziyyət çəkirəm. Dərmanlar içir, həyatda qalmağa çalışıram".

Milli.Az


----------
15:36

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.