Şou-biznes

Əməkdar artist müğənniyə mahnı hədiyyə etdi

30 İyul 2014 19:48
0 Şərh     Baxış: 1 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Tünzalə Ağayeva müğənni Əbdül Xalidə mahnı hədiyyə edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda əməkdaşımızla söhbətində Xalid özü məlumat verib. O, T.Ağayevanın ona ad günü münasibətilə "Yaz" adlanan mahnını bağışladığını bildirib:

"Tünzalə xanım çoxdandır mənə söz vermişdi ki, mahnı bağışlayacaq. Hətta duet oxuyacağımızı da demişdi. Hazırda işlərin çoxluğundan duet təxirə salındı. Amma söz verdiyi mahnını hədiyyə etdi. Çox gözəl, fərqli bir bəstədir. Sırf mənim üçün yazılıb. Uzun müddətdir ancaq lirik nəğmələr oxuyurdum. Bu isə ritmikdir. Sözləri Vasif Əzimova aiddir. "Yaz"ın təqdimatı da geniş olacaq. Mahnını Bəbir və Emin aranjman edəcək. Klip də çəkdirəcəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.