Şou-biznes

Vüqar: "Vallah saytınızı bağlatdıracam"

30 İyul 2014 18:16
4 Şərh     Baxış: 3 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış rejissor Kənan M.M-i həbs etdirən müğənni Vüqar Muradov 23 iyulda axar.az-da yayımlanan müsahibəsinə görə redaksiya ilə əməkdaşlıq edən xanım jurnalisti təhqiramiz formada hədələyib

Hədələr Facebook sosial şəbəkəsinin inboks bölümündə yazılıb.

Redaksiya olaraq bunları yaymağı məqbul saymasaq da, heç bir xəsarət almadığı halda Vüqar Muradovun rejissor Kənan M.M-i tutdurmasından sonra bu gənc müğənninin özünə layiq mesajlarını üslubunu mümkün qədər saxlamaqla tirajlamaq qərarına gəldik.

Qeyd edək ki, biz bu hədələrə görə polisə müraciət etmək niyyətində deyilik.

Vüqar Muradov:

Mən baxdım yazıya, çox mənasız şəklimi qoymusuz "qlavnı"ya, başlıq da pisdir, "pis yola düşür" sözü nədir?

Nazlı Onur:

Mən qoymamışam onu

Vüqar Muradov:

Tez silin onları, belə məntiqsiz başlıq lazım deyil
Belə jurnalistlik olmur
Şəkili də çıxarın

Vüqar Muradov:
O başlığı elə yazana şübhəm var
Mən demişdim axı, təzə şəkillərimdən qoyun

Vüqar Muradov:
Həm də o nə başlıqdır? O nə məntiqsiz söhbətdir?

Vüqar Muradov
Elə bu dəqiqə onlara bildirin, yazını çıxarsınlar
Mənə belə məntiqsiz başlıq olan müsahibə lazım deyil
Başlıq və şəkil

Vüqar Muradov:
Bu başlıqda xəbər yayılmamış tez çıxarın yazını, yada dəyişin, həm də şəkli, biabırçılıqdır bu, belə jurnalistlik olar?

Nazlı Onur:

Mən danışdım baş redaktorla, xəbəri çıxarmaq mümkün deyil. Şəkil - deyir, o birilər böyük idi; başlığa qaldıqda isə elə söz işlədib ki, qoyulub!
Mən dedim iradınızı. Mənlik heç nə yoxdur. Əgər istəsəniz, redaksiyaya zəng edib deyin.

Vüqar Muradov:
Kim elə söz işlədib? O nə deməkdir? Göstərin görüm, harada elə söz işlətmişəm? Bu nə məntiqsiz söhbətdir?

Nazlı Onur:
Səsyazmanız durur.

Vuqar Muradov:
Mən nə demişəm orada?
Anlamadım
Xanım, mən deyirəm o başlığı çıxarın ordan, uzatmayaq da, təcili çıxsın o başlıq oradan

Vüqar Muradov:
Onlar çox səhv edib qoyublar, mən böyüklərinizi tanımıram, sizi tanıyıram, oyun oynamaq lazım deyil, zəng edin deyin təcili o başlıq çıxsın
Belə mənasız jurnalistlik olmaz

Vüqar Muradov:
Zəng edin deyin ki avtomatik olaraq götürülsün o başlıq oradan
Vallah sabaha qalsa, heç yaxşı olmaz

Nazlı Onur:
Mənə hədə-qorxu gəlmək lazım deyil.

Vüqar Muradov:
Dedim ki təcili çıxsın "i vsyo"
Mən hədə-qorxu gəlmirəm, tələb edirəm
Jurnalistlik bu deyil, bu savadsızlıq, cahillikdir

Nazlı Onur:
Sabah danışarıq, səs yazınızı da bərabər dinləyərik. Baş redaktorla yenə danışdım, deyir, elə məsələlərə biz özümüz qərar veririk. Kimsə müdaxilə edə bilməz. Mən deyəcəyimi dedim. O da mənə cavab verdi.
Vüqar bəy, əgər bir sözü demisinizsə, niyə əsəbiləşirsiniz?

Vüqar Muradov:
O baş redaktor kimdisə, ona deyin ki başı bədəninə ağırlıq etməsin, ona qərar verərəm mən, başını ağrıtmasın denən, çaşıb, deyəsən, o, ağlı özü kimilərə gedib yəqin. Vallah deyirəm, yaxşı olmaz bu işin axırı, baxın, deyirəm sonuncu dəfə, o redaktorunun başını çox pis ağrıdaram. Vallah saytınızı bağlayaram
Mən başqa cürə demişəm, siz sözləri oradan-buradan birləşdirib özünüzə sərf edən kimi yazmısınız.

Nazlı Onur:
Xeyir, nə demisiz, o da yazılıb.

Vüqar Muradov:
Çox başlar ağrıdacam, dedim ki ordan çıxsın yazı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.