Şou-biznes

Elza Ramazan bayramını qocalarla qeyd etdi – FOTO

30 İyul 2014 17:36
1 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan dünən Bilgəhdə yerləşən qocalar evinə yollanıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Ramazan bayramı münasibətilə orada konsert verib. Təəssüratlarını bizimlə bölüşən ifaçı bunları deyib:

"Ramazan bayramı münasibətilə qocalarla gözəl görüşümüz oldu. Maraqlı gün keçirdik. Qocalar evinin müdiri Qətibə Əsədovaya təşəkkür edirəm. Mənə gözəl hədiyyə verdilər. Qocalardan biri öz əlləri ilə hazırladığı milli alətlərimizin əks olunduğu suvenir bağışladı. Mən isə onlar üçün sevilən mahnılarımı səsləndirdim".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.