Şou-biznes

"Ailəsindən xəbəri olmayan bəziləri məni, qızımı təhqir edirlər"

30 İyul 2014 16:08
6 Şərh     Baxış: 3 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Günel Ələkbərova geyimlərindən danışdı
Milli.Az gecce.az-a açıqlama verən ifaçı bildirib ki, sentyabr ayında yenidən efirə qayıtmağı düşünürəm. Hal-hazırda bir neçə mahnı üzərində çalışıram. Övladım körpə olduğundan ona vaxtımı ayırıram. Yenidən efirə çıxdıqda, daha açıq-saçıq geyinməyi düşünmürəm. Çünki həyat yoldaşım istəmir. Əvvəl subay idim, nə istəyirdimsə, geyinirdim. İndi isə ailəliyəm və evimdə qızım böyüyür. Həyat yoldaşım mənə inanıb və güvənir.

Belə geyinməyi özümdə istəmirəm. Son günlər mətbuatı izləyirəm, dəxlisiz insanlar və saytlar haqqımda nə gəldi yazırlar. İnanın ki, elə yazılar görürəm ki, heç o jurnalistləri tanımıram. Özlərindən xəbər hazırlayıb və mənim adımdan dərc edirlər. Həmin jurnalistlərə üzümü tutub deyirəm ki, səviyyəniz olsun, ayıbdır. Siz yazırsız, ailəsindən xəbəri olmayan bəziləri məni, qızımı təhqir edirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.