Şou-biznes

Kənan M.M.-in həbsinin təfərrüatları - YENİLƏNİB - FOTO - VİDEO

30 İyul 2014 12:54
35 Şərh     Baxış: 26 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rejissor Kənan M.M. həbs olunub


12:54

"Kənan məndən üzr istədi, onu bağışladım. Yazılı şəkildə verdiyim ərizəni geri götürdüm. Onu və onun yanında olan 15 nəfəri əfv etdim".

 Bu sözləri tabloid.az saytına açıqlamasında Vüqar Muradov söylədi.

"O insan mənə qarşı yanlış etmişdi. Onu əfv etdim, bağışladım. Üzrxahlıq etdi. Dedi ki, mən etdim, sən eləmə. İşdir, olub... İndi hər şey qaydasındadır, heç bir xəsarət almamışam. Hər şey qaydasındadır".

Xatırladaq ki, rejissor Kənan M.M.  Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.  Buna səbəb müğənni Vüqar Muradovla əlbəyaxa olması olub. Bundan sonra Kənan M.M-ə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Buna səbəb isə ATV telekanalında "Ulduzların döyüşü" realiti-şousu olub. Belə ki, Kənan M.M. və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov Tabloid.az-a açıqlamasında bunun həqiqətə uyğun olmadığını bildirmişdi:

"Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənanın yanında olan səviyyəsiz dostları bu söz-söhbətləri yaydılar ki, "Kənanın qolu çıxmasaydı, Vüqara qalib gələcəkdi".

Bütün bunlardan sonra isə onların arasında münasibətlər korlanıb. Kənan M.M. Vüqar Muradovla yumruq davasına çıxıb.

-----------
12:33

"Ötən gün bu hadisəyə görə məni də həbs etmişdilər. Ancaq Binəqədi polisində mənim heç kəsi döymədiyim təsdiqləndiyi üçün sərbəst buraxıldım".

Bu sözləri axar.az-a açıqlamasında Kənan M.M.-in dostu, 9 qat dünya çempionu Emil Hacıyev tanınmış rejissorun həbsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mübahisə Kənan M.M.-lə müğənni Vüqar Muradov arasında olub. Belə ki, "Ulduzların döyüşü" yarışmasında Kənan M.M.-ə qalib gələn müğənni Vüqar Muradov mediaya verdiyi açıqlamalarda məğlub tərəfin ünvanına təhqiredici ifadələr işlədib. Buna görə də Kənan M.M. bu təhqirlərə son verməsi üçün dünən onunla görüşüb.

Emil Hacıyevin sözlərinə görə, həmin görüşdə o özü də iştirak edib:

"Mənim özümü də həbs edib aparmışdılar, ancaq heç kəsi döymədiyim təsdiqləndiyi üçün sərbəst buraxıldım, Kənan isə polis bölməsində saxlanıldı".

----------
12:11

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında bildirib ki, Vüqar Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb.

DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib.

Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.

----------
11:36

Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan rejissor Kənan.M.M.-in həyat yoldaşı, müğənni Aygün Şükürova onun həbs edilməsindən xəbərsizdir. Lent.az-a açıqlama verən rejissorun həyat yoldaşı deyib ki, həbs xəbərinə inanmır:

"Mən inanmıram ki, Kənanı tutublar. Çünki onun heç kimlə işi olmayıb. Hətta indiyə qədər kimləsə problem yaşadığının şahidi olmamışam. İnanmıram ki, o, kiməsə zərər vursun. Bəlkə, kiminsə onunla düşmənçiliyi var? Mən bilmirəm. Mən indi Bakıda olmadığıma görə onunla danışa bilmirəm. Həm də onun xasiyyəti bir az tünddür. Gözləyirəm ki, özü zəng vursun, məsələni aydınlaşdırım".

Qeyd edək ki, Kənan.M.M. xuliqanlıqda ittiham edilir.

---------
11:27

Qafqazinfo-nun əldə etdiyi yeni məlumata görə, rejissor bir neçə nəfərlə birləşərək Binəqədidə "razborka"ya gedib. Kənan M.M.-in dəstəsində 4-5 nəfərin olduğu bildirilir.

---------
11:01

Binəqədi Rayon Polis İdarəsindən qafqazinfo-ya daxil olan məlumata görə, rejissor dünən saxlanılıb.

Kənan M.M.-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Milli.Az


-----------
12:29

Böyütmək üçün şəklə klikləyin.




-----------
12:15

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.