Şou-biznes

"Ayaqqabımın qiyməti 20 manatdır"

29 İyul 2014 16:46
16 Şərh     Baxış: 8 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gecce.az xəbər verir ki, ANS telekanalında yayımlanan "Evdəyik" verilişi bu gün bir çox maraqlı söz-söhbətlərlə yadda qalıb.

Belə ki, verilişin aparıcısı Ulvira Qarayeva qonağı əməkdar artist Firuzə İbadovadanqazanclarını daha çox nəyə xərclədiklərini soruşub. Aparıcının sualına "Bir söz deyim sizə. Sənətdə olan xanımlar pul qazansalar da, hər zaman istəyirlər ki, ən yaxşı geyimləri geyinsinlər, ən yaxşı zinət əşyalarını taxsınlar. Qazandıqları pul onlara çatmır axı. Onlar adi insanlarda seçilirlər. Adicə bir ayaqqabları min manat olur. Mənim paltarım ucuz ola bilər, amma mən ayaqqabılarıma hər zaman önəm verirəm. Bahalı ayaqqabı geyirəm" cavabını verən Firuzə xanımın bu fikirləri Ulviranın gözlənilməz etirafı ilə hər kəsi təəccübləndirib:

"Aparıcılar da bahalı geyinən o sənət adamlarının sırasına daxildirsə, ayaqqabım 20 manatdır. Vallah elədir! Sədərəkdən almışam, ucuzvari".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.