Şou-biznes

Elnur: "Efirdə maşınını, pulunu reklam edənlərdən..."

29 İyul 2014 14:00
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elnur Məmmədovdan təzə xəbər var

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında səhnə mədəniyyətindən, yeni klipindən danışıb:

"Bacardığım qədər səhnə mədəniyyətini gözləyirəm. Bu, tamaşaçılara hörmətimdir. Kimsə "geyiminizi düzəldin" deyəndə buna əməl etməyə çalışıram. Axı biz nümunəvi insanlarıq. Buna görə də, hər bir şeyə fikir verməliyik. Yeni klipimdə də geyimlərimlə seçilmişəm. Orada ağ kostyumdayam, ekran işində ağ pələng, ağ libaslı qızlar var. Modellər Kiyevdən gəlmişdilər. Pələng Hollivudda çəkilib. Maraqlı klip alındı".

"Klipə nə qədər pul xərcləmisiniz" sualını isə Elnur belə cavablandırıb:

"Mən kliplərimə pul xərcləmirəm. "Avtomobilim, qazancım belə" sözləri mənə çatmır. Efirdə maşınını, pulunu reklam edənlərdən deyiləm. Hərənin bir imkanı var. Bəlkə, kiminsə ona gücü çatmır... Əsas odur, işimiz keyfiyətli alınsın".

Elnur: "Bundan sonra sənə şou-biznesin pələngi deyəcəklər" sualına cavabında "Şou-biznesin pələngi, əjdahası kimlərdir, bilinir. Əsas odur ki, saxta pələng, əjdaha olmayaq. Bəziləri efirdə başqa sima göstərir, kamera arxasında isə maskasını çıxarır. Bunlardan deyiləm", - deyə söyləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.