Şou-biznes

Gülay Zeynalova: "Birdəfəyə 5 min manat verdim"

26 İyul 2014 16:17
25 Şərh     Baxış: 12 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynalova alış-verişindən danışıb

Milli.Az bildirir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı geyimlərini yalnız xaricdən aldığını deyib:

"Xaricə gedən zaman qarderobumu yeniləyirəm. Buradan paltar almağı xoşlamıram. Çünki toylarda çox oluram, geyindiyim libasa başqalarında rast gəlirəm. Bunu sevmirəm. Bu cür hallarla qarşılaşmamaq üçün geyimlərimi xaricdən almağa çalışıram. Alış-veriş zamanı əsasən brend ayaqqabı və çantaya üstünlük verirəm. Ayaqqabılarıma çox pul xərcləməkdən çəkinmirəm. "Yves Saint Laurent" brendini xoşlayıram. Alış-verişə birdəfəlik 5 min manat xərclədiyim vaxt da olub. Bu yaxınlarda istirahətə getmişdik. İki gün İstanbulda qaldıq, qarderobumu yenilədim".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.