Şou-biznes

Azərbaycanlı müğənni qadağa qoydu: "Bu, ailəmdə problemlər yaratdı"

26 İyul 2014 15:38
1 Şərh     Baxış: 2 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə fotoları yayılan azərbaycanlı müğənni Sevda Kazımova haqqında gəzən şayiələrə aydınlıq gətirdi

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni deyib:

"Gözəl və cazibədar görünməyim üçün əlimdən gələni edirəm. Çalışıram ki, tamaşaçı məni baxımsız görməsin. 25 ildir, bu sənətdəyəm, nə fotolarım, nə də kliplərim indiyədək müzakirə olunmayıb. Bir müddət öncə sosial şəbəkələrdə paylaşdığım fotoları saytlar götürdülər. Həmin fotolara qoyulan başlıq isə ailəmdə problemlər yaratdı. Ailəm, doğmalarım buna baxmayaraq üstümə çox gəlmədilər. Həmin dəqiqə onu yazan jurnalistlə əlaqə saxladım, o da bunun doğru olmadığını bilib, üzr istədi. Beləliklə aramızda olan inciklik aradan qalxdı. Mən sənətkaram, 25 ildir bu sənət üçün canımdan keçmişəm. Hər bir media nümayəndəsindən xahiş edirəm, mənim haqqımda doğru informasiyanı yazsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.