Şou-biznes

İmperatorla Sibel Can Bakıda toya gəlirlər

26 İyul 2014 10:47
19 Şərh     Baxış: 10 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə musiqi dünyasının imperatoru İbrahim Tatlısəs Bakıya gəlir.

İmperator gələn ayın əvvəllərində toyda iştirak etmək üçün paytaxtımıza təşrif buyuracaq. Yerli şou-biznesə yaxından bələd olan və adının çəkilməsini istəməyən şəxsin Milli.Az-a verdiyi məlumata görə, şəhərin ən dəbdəbəli restoranlarından birində keçiriləcək toy mərasimində Tatlısəsin iştirakı simvolik xarakter daşıyacaq. O, yarım saat ərzində cəmi iki mahnı ifa edəcək. Mahnının isə fonoqramla ifa ediləcəyi deyilir.

Avqustun 2-də baş tutacaq həmin toyda Türkiyənin daha bir ulduz müğənnisi Sibel Can da iştirak edəcək. İbrahim Tatlısəsdən fərqli olaraq, Sibel Can toy boyu mahnılar ifa edəcək.

Hər iki ulduzun Bakıya gətirilməsi üçün razılıq əldə edilib və pul ödənilib. Toyun kim tərəfindən keçirildiyi də bizə məlumdur, lakin etik səbəblərdən həmin şəxsin adını açıqlamırıq. Toyunu etdiyi övladına yalnız xoşbəxtlik arzulayırıq.

Teymur Hacıyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.