Şou-biznes

Prodüserdən tükürpədici etiraf: "Mən özüm bir neçə qalmaqalın ssenarisini yazmışam, puluna minnət"

25 İyul 2014 15:55
1 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Evdəyik" verilişinin qonağı olan prodüser Sayqa Cahid süni qalmaqallardan danışıb.

Verilişin aparıcısı Ulvira Qarayevanın prodüserə "Bu vaxta kimi süni qalmaqallar yaratmısanmı?" sualına Sayqa verdiyi cavabla hər kəsi təccübləndirib:

"Biri var düşünülmüş qalmaqal, biri də var bayağı yolnan. Əvvəllər bu daha çox idi. İndi bir az azalıb. Mən özüm bilərəkdən bir neçə qalmaqalın ssenarisini yazmışam. Puluna minnət (gülür), pulumu alıb lahiyə olaraq yazmışam. Məsələn, ssenarini yazıram ki, bu cür olmalıdır, bu olmalıdır, ondan sonra sənə kimsə flan cavabı versə, belə deyərsən, bu hərəkəti edərsən. Belə qalmaqallardan biri, mən Elşad Xose ilə Vahid Qədimin "Şou-biznes" layihəsini hazırlayanda artıq onun qalmaqalına da başlamışdım, qalmaqalı hazırlayırdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.