Şou-biznes

Mətanət Əliverdiyevanın yatdığı yerdə gizli çəkilmiş FOTOları yayıldı

25 İyul 2014 15:43
4 Şərh     Baxış: 8 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vəfa Zeynalova "Gündəlik" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa aparıcı Mətanət Əliverdiyevaya sürpriz edib. O, aparıcının Fransa səfəri zamanı hava limanında yerdə yatarkən çəkilmiş gizli videosunu efirdə yayımlayıb.

M.Əliverdiyeva məsələyə belə aydınlıq gətirib:
 
"Fransada çox yorulurduq. Rahat yuxu yata bilmirdik. Hava limanında hərə bir işlə məşğul olurdu. Mən də yuxusuzluqdan əziyyət çəkirdim. Samirin gödəkçəsini yerə sərib yatdım. Bu cür görüntülər məni narahat etmir. Nə olursa olsun, bu qulağımdan alır, o birisindən ötürürəm".

Xatırladaq ki, məşhurların Fransaya səfərinin məqsədi "Fort Boyard" yarışmasının çəkilişləri ilə bağlı idi. Mətanət Əliverdiyeva verilişin aparıcılarından biri olub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.