Şou-biznes

Xanım Qafarovanın vəsiyyəti açıqlandı

25 İyul 2014 14:23
24 Şərh     Baxış: 14 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Xalam öləndə vəsiyyət etdi ki, qızı bizimlə qalsın"
Milli.Az xəbər verir ki, mərhum aktrisa, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın bacısı oğlu onun son vəsiyyətindən danışıb. Lent.az-a açıqlama verən mərhumun bacısı oğlu deyib ki, xalasının vəziyyəti qızı ilə bağlı olub:

"Xalam öləndə vəsiyyət etdi ki, qızı bizimlə qalsın. Xanım xalam dünyasını dəyişən günü uşaq atası ilə getdi. Çünki istəmədik ki, o, anasının ölümünü görsün. Hazırda Gövhər anasının qaldığı şəraitsiz evdə yaşayır. Böyük ehtimalla o, atası ilə yox, elə daim bizimlə qalacaq. Münasibətləri normaldır. Həftə sonları atası ilə görüşür. Gövhər anasının ölümündən xəbərsizdir. Tez-tez soruşur: "anam haradadır? ", "anam gəlmir?" Biz də ölümünü gizlədirik. Deyirik ki, İsrailə müalicəyə gedib. Qayıdacaq".

Mərhumun bacısı oğlu onu da əlavə edib ki, avqustun 19-da mərhum aktrisanın 40 mərasimi olacaq.

Qeyd edək ki, X.Qafarova iyulun 11-də uzun sürən xərçəng xəstəliyindən sonra 47 yaşında dünyasını dəyişib. 1967-ci il mayın 9-da Bakıda anadan olan aktrisa 1991-ci ildə "Şirbalanın məhəbbəti", 1997-ci ildə "Kənddən gələn var", 2001-ci ildə "Yuxu", 2006-ci ildə "Adam ol" və 2011-ci ildə çəkilən "Qaynana" filmlərindəki rolları ilə yaddaşlarda iz qoyub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.