Şou-biznes

Azərbaycanlı müğənni: "Həyat yoldaşımla boşanmağımın tək səbəbi..."

25 İyul 2014 12:24
8 Şərh     Baxış: 3 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 Müğənni Mənzurə Musayeva boşanmasının səbəbini açıqlayıb
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Xəzər TV"-də "Hər şey daxil" proqramına qonaq olan ifaçı deyib ki, övladı olmadığına görə, boşanmağa məcbur olub:

"Həyatda elə maneələr var ki, ailənin dağılmasına səbəb olur. Mənim də həyat yoldaşımla boşanmağımın tək səbəbi övladımın olmamağı idi. Uşağım olmadı, ailəm dağıldı. Bəlkə də uşaq dünyaya gətirsəydim, indi çox gözəl ailəm var idi.

Həyatımın bu kövrək notları hər zaman məni üzür. Allah taleyimi heç kimə göstərməsin. Hər zaman demişəm ki, Allah bilən məsləhətdir. Çətin olsa da, insan get-gedə bu alın yazısına alışır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.