Şou-biznes

Türkiyənin məşhur müğənnisi Bakı konsertində onunla çıxış edəcək - FOTO

25 İyul 2014 09:30
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Zarina Məmmədova türkiyəli ulduz Sərdar Ortaçla bir səhnəni bölüşəcək

Milli.Az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə 27 sentyabr tarixində Yaşıl Teatrda baş tutacaq konsertdə ön səhnə Zarina Məmmədovaya məxsusdur. Konsertin aparıcısı Zaur Nəbioğlu olacaq.

Ancaq ifaçının yenilikləri tək hazırlaşdığı konsertlə bitmir. Hazırda radio dalğalarında Zarinanın ifasında illər öncə dinlədiyimiz "Dəlilik" mahnısının remiks variantı və "Her ortamda" adlı türk mahnısı səslənir. Zarina həmçinin yeni mahnı üzərində çalışır. O, musiqisi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus "Niyəsi yoxdur" adlı mahnı hazırlayır:

"Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanıram ki, bu mahnı sözün əsl mənasında hit olacaq. Dinləyicilər bu ifamı 27 sentyabrda Yaşıl Teatrda dinləyəcəklər".

Onu da qeyd edək ki, Zarina hazırda İstanbulda dincəlir. İfaçı yaxın zamanda vətənə dönüb işlərinə davam edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.