Şou-biznes

"İki ilə ailə quracam"

24 İyul 2014 17:18
15 Şərh     Baxış: 3 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günay İbrahimli "Bizim gün" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O, iki ilə ailə quracağını deyib:

"Hazırda şəxsi həyatımda heç bir yenilik yoxdur. Amma hər şeyin belə sakit gedəcəyini demirəm. Ailə qurmaq, övlad dünyaya gətirmək lazımdır. 23 yaşım var, iki ilə mən də ailə quracam. Hələ ki, sənətimlə məşğulam".

Günay sevdiyi insana görə heç vaxt işini atmayacağını bildirib:

"Sevdiyim biri üçün heç vaxt bunu etmərəm. Mənimlə ailə quracaq insan, ilk növbədə, peşəmlə razılaşmalıdır. Mənə deməməlidir ki, oxuma. Çünki ailəm neçə il bu sənətim üstündə əziyyət çəkib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.