Şou-biznes

Xalq artisti: "Çətin günlərimi arxada qoydum"

24 İyul 2014 14:55
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynov tam sağalacağına ümid edir

Milli.Az xəbər verir  ki ,Rafiq Hüseynov aznews.az-a açıqlamasında bildirib ki, özünü çox yaxşı hiss edir və növbəti dəfə müayinədən keçmək üçün avqustda Türkiyəyə gedəcək.

R. Hüseynov işə çıxdığını və müalicəsinin effektinin olacağına ümid etdiyini də qeyd edib: "Hazırda iş başındayam. Mənə elə gəlir ki, çətin günlərimi arxada qoydum".

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.