Şou-biznes

Aygün İlhamədən sitat gətirdi: "...dombalaq aşar"

24 İyul 2014 13:50
8 Şərh     Baxış: 3 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova bəzi şəxslərin şou aləminin adına xələl gətirdiyini deyib

Milli.Az lent.az-a istinadən xəbər verir ki, açıqlama verən müğənni bildirib ki, bəzi ifaçılar özlərini apara bilmirlər: "Cəmiyyətimizdə şou-biznes barəsində xoşagəlməz fikirlər çoxdur. Bunu dəyişmək çox çətindir. Bir çoxları bilir ki, şou-biznesdə nələrisə dəyişmək, nəzarət etmək mənim üzərimə düşür. Məndən savayı 1-2 sənətçi dostum da var ki, onlar da şou aləminə nəzarət edir. Biz hər şeyin yaxşısını etməyə çalışmışıq".

A.Kazımova qalmaqallarından da danışıb: "Mənə qarşı çaşanları məhkəməyə vermək istəmirəm. Anlaşılmazlıq olan zaman məhkəməyə verəcəyim insan elə birisi olmalıdır ki, mənimlə eyni statusda olsun. Amma eləsi yoxdur. Bir az da dəqiqləşdirsək, hələ ki, çaşan yoxdur. Əgər çaşan olsa, İlhamə xanım demişkən, "Çaşan çaşar, dağdan dombalaq aşar". İnanmıram ki, mənə qarşı çaşan olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.