Şou-biznes

Gülyazdan Mətanətə cavab: "Buna nail ola bilməyəcək"

24 İyul 2014 11:39
11 Şərh     Baxış: 3 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın əməkdar artist Gülyaz və Gülyanaq Məmmədova bacılarına zövqsüz deməsinə qarşı tərəf münasibət bildirib
Milli.Az xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində Gülyaz Məmmədova bunun bilərəkdən təşkil edildiyini bildirib:
 
"Xəbəri eşidəndə heç də pis olmadıq. Desinlər. Bilirik ki, tək məqsəd bizi qalmaqala sürükləməkdir. Amma buna nail olmayacaqlar. Biz sənətə qalmaqalla gəlməmişik. Bundan sonra da belə hallarda adımız olmayacaq. Mətanət  özü də bilir ki, biz necə insanlarıq. Onun sözləri bizim üçün əhəmiyyət daşımır. Zövqsüz olub-olmadığımızı xalq bilir. Bizə qiyməti dövlət verib. Necə varıq, bundan sonra da elə qalacağıq".

Qeyd edək ki, M.Əliverdiyeva "Gündəlik" verilişində xalq artisti Nazpəri Dostəliyevanın, əməkdar artistlər Gülyaz və Gülyanaq bacılarının zövqsüz olduğunu demişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.