Şou-biznes

Nadir Qafarzadə bahalı avtomobilinin cərimə meydançasına aparılmağından danışdı

23 İyul 2014 18:06
2 Şərh     Baxış: 2 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, müğənni Nadir Qafarzadə avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib.

Sənətçi axşam.az-a açıqlamasında bunun şayiə olduğunu deyib:
 
"Bir neçə gündür ailəmlə birlikdə Türkiyədə dincəlirəm. Avtomobilimin cərimə meydançasına aparılması xəbərini mətbuatdan oxudum. Bu yalandır. Maşınım Bakıda ustadadır. Dəyərli jurnalistlərdən xahiş edirəm ki, məlumatı yazmazdan əvvəl araşdırsınlar. Əgər belə bir şey varsa, etiraz etmirəm, yazın. Amma yalan yazmaq, bu, haqsızlıqdır. Bu cür söz-söhbətlərlə mənim istirahətimi pozmayın".

Qeyd edək ki, bir neçə gün əvvəl müğənninin "90 BS 777" nömrə nişanlı "Lexsus" - 570" markalı avtomobilinin yol polisi əməkdaşları tərəfindən cərimə meydançasına aparılması xəbəri yayılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.