Şou-biznes

Şpaqat açan müğənni: "Mənim o qədər də imkanım yoxdur..." - FOTOSESSİYA

23 İyul 2014 13:52
15 Şərh     Baxış: 5 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sou-biznesə gələn gündən maraqlı açıqlamları ilə adından söz etdirən cazibəli müğənni Könül Şıxəliyevada xəbər var

İfaçı bu dəfə ona tez-tez verilən "Efirlərdə niyə az-az görünürsünüz" sualının cavabını mətbuatla bölüşüb.

Milli.Az-a açıqlama verən müğənni bildirib ki, onun efirlərə gec-gec çıxmasının səbəbi maddiyatdır: "Hamı məndən soruşur "niyə verilişlərdə yoxsan". Bunun cavabı çox asandır. Mən yeni çıxan müğənni olduğuma görə efirlərdə görsənməm üçün ödəniş etməliyəm. Mənim o qədər də imkanım yoxdur efirlərə pul xərcləyim. Onu da deyim ki, mən hansı verilişə çıxsam, o proqrama reytinq gələcək. Əslinə qalsa, gərək proqramlar mənə pul ödəsin.

Mən dediyim sözə əminəm hansı telekanala çıxsam, oranın reytinq artacaq. Zarafat da olsa, deyim ki, telekanallar yaxşı düşünsün, ya pul, ya da reytiq, yəni mən. Yəqin ki, bu açıqlamamdan sonra məndən soruşmazlar "efirlərə niyə çıxmırsan"".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.