Şou-biznes

"Aygün, Röyadan, Zülfiyyə Xanbabayevadan daha maraqlı biri çıxsa..."

23 İyul 2014 13:21
1 Şərh     Baxış: 1 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 Aqil M.Quliyev artıq klip çəkməyəcək
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb rejissorun yeni layihələrə imza atmasıdır.

O, "Şou+" verilişinə açıqlamasında yeniliklərindən bəhs edib:
 
"Klip sahəsindən çıxmışam. Buna görə də, şou-biznes portallarında yoxam. Bu ilin sonunda "Şaman" adlı filmimi təqdim edəcəm. Hazırda montajdadır. Çəkiliş beş ildir davam edir. İnadkar adamam, istədiyimə nail olmuşam. Klip çəkmək çox enerji alır, vaxt aparır. Psixologiyanı pozur. Şou-biznesdə 15 ulduz varsa, onun 13-ü ilə işləmişəm. Yeni parlayan ulduz olsa, Aygün Kazımovadan, Röyadan, Zülfiyyə Xanbabayevadan daha maraqlı biri çıxsa, yenidən klip haqda düşünərəm. Bu sahəyə kifayət qədər töhfələr vermişəm. Hər işin bir xüsusiyyəti var, gərək vaxtında gedəsən.

Mən də zamanında klip bazarını tərk etdim. Həcminə görə kino daha ağırdır, amma mənə rahatdır. Hər şeyi istədiyin formada reallaşdırırsan. Hər şey səndən və operatordan asılıdır. Kimsə naz etmir ki, buram pis düşdü, oram göründü. Həm də bu şou aləmində yeni bir şey yoxdur: həmin mətnlər, geyimlər. Düşünürəm ki, gənc müğənnilər çoxdur, elə klipi də gənc rejissorlar çəksin".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.