Şou-biznes

Azərbaycanlı aktyor: "My name is İntiqam" - FOTO

23 İyul 2014 13:09
15 Şərh     Baxış: 24 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış gülüş ulduzu Müşviq Şahverdiyev film çəkilişləri üzərində işləyir. Aktyor bu dəfə film haqqında Milli.Az-a açıqlamasında daha ətraflı məlumat verməsinə baxmayaraq, filmin ideyasını bildirmədi: "Artıq dünəndən çəkilişlərə start vermişik. Lənkəran şəhərinin Təngivan kəndində olacaq çəkilişlərimiz. Filmin adını isə ekzküliziv olaraq ilk dəfə Milli.Az-a açıqlayıram. Deməli, bu il çəkilən filmlərdən ən reytinqlisi olacağı gözlənilən filmimizin adı "My name is İntiqam"dır. Tamaşaçılar üçün maraqlıdısa, niyə İntiqam ingilis dilində deyir öz adını, o zaman 5-6 manatınızdan keçib kinoteatrda səbəbin bilərlər. Mən sizi əmin edirəm ki, bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli film olacaq. Camal, Bəxtiyar və Zaman qardaşlarımın bu filmdə əziyyətləri böyükdür. Filmimizə texniki dəstəyi Azəri Prodoction" edir". 
 

Filmin ssenaristi Fariz Əliyev isə bildirib ki, bu film komediya filmlərinin ən yaxşısı olmaqla yanaşı unudulmaz olacaq: "Müşviqlə yanaşı, İlkinin də rolu maraqlı və qəribə olacaq. Onun elə bir rolu olacaq ki, sözün əsl mənasında, İlkin möcüzə yaradacaq. Həmin personajın İlkin möhürünü qoyacaq. Filmdə işlənən ifadələr, fikrlər çox dillərə düşəcək. Mənə ssenarini yazmaqda Ənvər və Samid də kömək edir. Çalışırıq ki, uğurlu olsun hər şey. Filmdə talış dilində sözlər olacaq və onlar dublyor vasitəsilə tərcümə olunacaq. Filmdə ola bilsin ki, xaricdən tanınmış aktyor olsun. Danışıqlar aparırıq.
 

Aktyor İlkin isə sözünü filmdən sonra deyəcəyini bildirdi.


Niyaməddin Şirinov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.