Şou-biznes

Flora Kərimovaya qızından sürpriz - YENİLƏNİB - FOTO

23 İyul 2014 15:00
41 Şərh     Baxış: 9 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ad günü olan xalq artisti Flora Kərimovaya qızı Zümrüd Şəfiyeva sürpriz edib


15:00


Lent.az-a açıqlama verən F.Kərimova bildirib ki, o, özəl günü Ağdamın işğal gününə düşdüyünə görə ad günü keçirməyəcək: "Bu gün ad günüm olsa da, mən bunu qeyd etməyəcəm. Çünki Ağdamın işğal günüdür. Çox təbriklər almışam. Məni sevənlərdən, yaxınlarımdan. Həmkarlarımdan təbrik almamışam. Ən gözəl təbrikim isə qızım Zümrüddən oldu.

Qızım mənə sürpriz edərək, ad günümdə Bakıya gəldi. Çox sağ olsun".

Qeyd edək ki, xalq artisti F.Kərimova 1941-ci il


-----------
10:40

Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür


Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 1941-ci ildə Bakıda anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası ( nümunə üçün "Qaynana" filmində "Dilbərin" ariyası , " Sular qızı" romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.

"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Flora Kərimovanın bir qızı və bir oğlu var.

Milli.Az

----------
15:00

Böyütmək üçün şəkillərə klikləyin.



-----------
10:40


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.