Şou-biznes

"Onlar şərəfsiz, şəxsiyyətsiz bir insandır" - FOTO

21 İyul 2014 16:50
42 Şərh     Baxış: 16 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afaq Gəncəliyə Elnur və Mətanətdən dəstək

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Gündəlik" verlişinin qonağı olan müğənni Elnur Məmmədov canlı efir vasitəsi ilə sosial şəbəkələrdə məşhurların fotolarının altına xoşagəlməz "komentari"lər yazan insanlara sərt ismarıc göndərib. Əsasən də, bu yaxınlarda atasını itirən Afaq Gəncəlinin "Fort Boyard" yarışmasına qatılmasından sonra bir qrup insanların sosial şəbəkələrdə "hücum" xarakterli mesajlarına məruz qalması Elnurun sərt müraciətinə səbəb olub:

"Afaqı biz məcbur etdik bizimlə bu yarışmaya qatılsın. O, getmək istəmirdi. Güclə ki, onu yola gətirib özümüzlə Fransaya apardıq. O, nə sözlərdir "atası yeni dünyasını dəyişib, o, Fransada gəzməkdə". Ayıb olsun! Biz onu bu yarışmada bizimlə birgə iştirak etməsi üçün neçə gün idi yola gətirməyə çalışırdıq.

Bu cür "komentari"ləri yazan şərəfsiz, şəxsiyyətsiz bir insandır, elə xoşa gəlməz sözlər yazırlar. Milçək bir şey deyil, amma ürək bulandırır məsəlini boş yerə deməyiblər".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.