Hadisə, Kriminal

Bakıda səs-küylü atışmanın bir ucu müğənni Rəqsanəyə çatdı

7 İyun 2014 15:43
11 Şərh     Baxış: 10 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənninin qohumlarının Bakıdakı silahlı insidentdə iştirak etdikləri məlum olub
May ayının 30-da Bakının Nərimanov rayonu ərazisində baş verən insidentin bəzi iştirakçılarının kimliyinə aydınlıq gəlib. Milli.Az xəbər verir ki, anspress insidentdə saxlanılardan bir neçəsinin məşhur müğənni Rəqsanənin qohumları olduğunu üzə çıxarıb.

Qeyd edək ki, rayonun Çermet qəsəbəsi ərazisində 93 saylı orta məktəbin qarşısında insident baş vermişdi. BMW X6 markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlıq edib, buna etiraz edən qəsəbə sakinləri ilə sürücü arasında əlbəyaxa dava baş verib.

Dava zamanı havaya tapançadan atəş açılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Keçirilən əmməliyyat zamanı Oktay Muradov, Nüşabə Hüseynova, Şəmistan Əhmədov, İlqar Əhmədov və Asif Qəniyev arasında Bakı sakinləri Ülvi Hüseynov, Turan və Tural Səfərovlar, Elçin İbrahimov və Məmməd Əsgərov tutulub. Avtomobildə Anar Əhmədov, digər "Mercedes" markalı avtomobildə isə Samir İsmayılov və İlqar Səfərov da olublar.

Qeyd edək ki, insidentdə iştirak edən Turan, Tural və İlqar Səfərovlar məşhur müğənni Rəqsanə İsmayılovanın yaxın qohumlarıdır. Daha dəqiq desək, Turan və Tural Səfərovlar ifaçının həbsxanadan yeni çıxan bacısı Ellada İsmayılovanın oğlanları olduğu bildirilib. Hər iki gənc hazırda həbsxanadadır.

Polis araşdırmaları zamanı insidentdə İlqar İsmayılovun yaxından iştirak etmədiyi məlum olub və o, məsuliyyətdən kənarlaşdırılıb.

Hadisə baş verən zaman müğənni Rəqsanə 16-cı bölməyə gedib və baş verənlərlə maraqlanıb.

Xatırladaq ki, Ellada İsmayılova ötən illərdə insan alveri ilə məşğul olduğuna görə həbs edilmişdi. Ellada hazırda xarici ölkədə yaşayır və çalışır. Gənclər isə ifaçının anası ilə birlikdə Bakıda yaşayırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.