Şou-biznes

Azərbaycanlı müğənni ana oldu - YENİLƏNİB

26 May 2014 17:01
53 Şərh     Baxış: 19 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:01

Müğənni Günel Ələkbərova ana olub

Gecce.az xəbər verir ki, ifaçı iki gün öncə qız anası olub.

Müğənni Gecce.az-a açıqlamasında bildirib ki, qızının vəziyyəti hal-hazırda yaxşıdır: "Amma bəzi səbəblərdən vaxtından əvvəl qızımı dünyaya gətirdim. Anamın adı Bibixanım olduğundan qızıma Məryəmxanım adı qoyduq. Məryamxanımın çəkisi 3 kilo 250 qramdır. Hal-hazırda xəstəxanadayam. Sabah buradan çıxıb, evimə yola düşəcəm.

Qeyd edək ki, Günel 3 il bundan öncə tanınmış iş adamı ilə mediadan xəbərsiz ailə həyatı qurub. Onların nikahı adət-ənənəyə uyğun təşkil olunub.


----------
16:20

Dünən gecə saatlarında Respublika Diaqnostika Mərkəzində Günel Ələkbərova ana olub


Qız övladı dünyaya gətirən müğənni heç bir problemsiz doğuş həyata keçirib. Milli.Az xəbər verir ki, bu barədə Günel Ələkbərova özü mövqe.az-a məlumat verib:

"Hələ ki xəstəxanadayam. Qızım oldu. Adını da Məryəm xanım qoymuşuq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.