Şou-biznes

Müğənni Elariz qızını köçürdü: bəylə gəlin oxudular - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

26 Aprel 2014 13:37
23 Şərh     Baxış: 34 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
26.04.2014
13:37


Ötən gün müğənni Elariz Məmmədoğlunun ikinci qızı Günelə toy etdiyi haqda məlumat vermişdik.

Qafqazinfo-nun məlumatına görə, ifaçı məmur ilə qohum olduğunu açıqlasa da, yeni qohumlarının kimliyini gizli saxlamışdı. 

Əldə etdiyimiz məlumata görə, Elariz Məmmədoğlunun qızı Günel AzTV sədri, deputat  Arif Alışanovun qardaşı oğlu  ilə ailə qurub.

Qeyd edək ki, mediaya qapalı keçirilən mərasimin fotolarını ifaçının sənət dostları "İnstaqram" sosial şəbəkəsində paylaşıblar.

----------
00:57

Milli.Az axşam.az-a istinadən bildirir ki, Elariz Məmmədoğlunun qızı Günel Nizami adlı gənclə nikah masasına oturub. Toyu xalq artisti Səməd Səmədov idarə edib.

Mərasimə şou-biznesin tanınmış simaları qatılıblar. Ən maraqlısı isə bəylə gəlinin birlikdə mahnı oxuması olub.

Qeyd edək ki, Elariz Məmmədoğlu iki qız, bir oğul atasıdır. Sənətçinin böyük qızı Ülviyyə ailəlidir, iki övladı var.

-----------------
25.04.2014
12:56

Bu gün müğənni Elariz Məmmədoğlunun qızının toyudur.

Milli.Az bildirir ki, gecce.az-ın əldə etdiyi məlumata görə, ifaçının yeni qohumları iş adamı yox, dövlət işçiləridir. Toyda mətbuat işçilərinin iştirakına qadağa qoyulub. Buna görə də restoranın girişində 12 nəfər cangüdən bu işlə məşğul olacaq.

Qeyd edək ki, toyu xalq artisti Səməd Səmədov idarə edəcək. Toya Elarizin ən yaxın sənət dostları dəvət olunublar.

--------
12:32

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  toy restoranların birində olacaq. E.Məmmədoğlunun qızı Günel Nizami adlı gənclə nikah masasına oturacaq.

Mərasimdə şou-biznesin tanınmış simaları iştirak edəcək.

Qeyd edək ki, Elariz Məmmədoğlu iki qız, bir oğul atasıdır. Sənətçinin böyük qızı Ülviyyə ailəlidir, iki övladı var.

Milli.Az


----------
10:54

Böyütmək üçün şəkillərə klikləyin.





-----------
09:59

Videonu izləmək üçün şəklə klikləyin.



----------------
26.04.2014
00:57

Videonu izləmək üçün şəklə klikləyin.




Böyütmək üçün şəkillərə klikləyin.



Foto: axsam.az, simsar.az, gecce.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.