Şou-biznes

Gülyanağın boşanma xəbərinə bacısı Gülnaz nə dedi? - YENİLƏNİB

25 Aprel 2014 18:25
6 Şərh     Baxış: 12 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:25
 

Müğənni Gülyanaq Məmmədovanın boşanma xəbərinə cavab gəlib.

Müğənninin bacısı Gülyaz Məmmədova deyilənlərin yalan olduğunu bildirib.

Xəbərin yalan olduğunu söyləyən ifaçı mövqe.az-ın əməkdaşı ilə söhbəti zamanı belə deyib: "Onu deyənin dili qurusun. Bacım evində-eşiyində çox xoşbəxtdir. 8-9 ildi ailəlidir. Bir qızı, iki oğlu var. Çox da xoşbəxtdi. Yalan, boş-boş sözlərə inanmaq lazım deyil. Səhərdən bu xəbəri eşidib, gülüşürük".


---------
13:47


Əməkdar artsit Gülyanaq publika.az-a açıqlama verərək ailəsinin dağılmadığını deyib: "Verilişlər şou yaratmaq xatirinə bilmirlər nə danışsınlar.

Mənə dedilər ki, həyat yoldaşından ayrıldığınız deyilir. Dedim ki, boş söhbətdir. Götürüb anonsa elə veriblər ki, səs-küy yaratsınlar, reklam qazansınlar. Üç il əvvəl də belə şayiə yaymışdılar. Onda da bütün qohum-əqrəbam bu xəbərdən çox sarsılmışdı. Mən həyat yoldaşımı çox sevirəm, çox mehribanıq. Mənim atam-anam illərdir ki, bir yerdədir, ayrılmayıblar. Bu xəbər yoldaşım Ziyanı bərk əsəbiləşdirdi. Ziya dedi ki, telekanala gedib etirazımı bildirəcəyəm, qoymadım".

Ziya da publika.az-a danışaraq Gülyanaqla boşanmadığını dedi: "Bunu bircə sizə deyirəm, bilin. Nə vaxt xəbər yaysalar ki, güya mən Gülyanağı vurmuşam, döymüşəm, xətrinə dəymişəm, bilin ki, yalandır. Boşanmaq söhbəti ömür boyu ola bilməz".

-----------
12:37

Bəzi saytlarda əməkdar artist Gülyanaq Məmmədovanın həyat yoldaşı Ziyadan boşandığı haqda məlumat yayılıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, xəbəri gülüşlə qarşılayan əməkdar artist barəsində yazılanların tamamilə yanlış oduğunu bildirib:

"Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə gözəl ailə nəsib etsin".

Qeyd edək ki, Gülyanaq Məmmədova Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının da solistidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.