Şou-biznes

Azərbaycanlı müğənniyə brilyant hədiyyə etdilər - FOTO

25 Aprel 2014 11:46
4 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Xatirə İslama brilyant kulon hədiyyə edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi üzərində "X" hərfi olan zinət əşyasını ona yaxın dostunun bağışladığını deyib:

"Dostuma yeni səsləndirdiyim "Üsyan" mahnısının diskini verdim. İfamı o qədər bəyəndi ki... Dedi, bunun qarşılığında sənə hədiyyə verəcəm. Ötən gün hədiyyəmi göndərdi, çox təəccübləndim. Özəl olaraq mənim üçün hazırlanıb, adımın baş hərfidir".

Xatırladaq ki, X.İslam türkiyəli müğənni Halil Sezainin "Üsyan" mahnısını repertuarına daxil edib. Sənətçi mahnını ifa etdiyi toy mərasimlərindən birində də hədiyyə almışdı. Toy sahibi müğənniyə brilyant üzük hədiyyə etmişdi.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.