Şou-biznes

İlhamə: "8 ay bir kisə kartofla dolanmışam"

24 Aprel 2014 17:48
27 Şərh     Baxış: 7 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlhamə şəxsi həyatı ilə bağlı heç kəsin inanmayacağı bir faktı açıqladı

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Gündəlik" verlişinin bugünkü buraxlışı pula həsr edilib. Verlişin aparıcısı Mətanət Əliverdiyeva və qonaq qismində studiyaya dəvət olunan istedadlı müğənni İlhamə Qasımova pula olan sevgilərini "Pul aradakı sevgini öldürür. Pul olmalıdır ki, insanın əhval-ruhiyyəsi hər zaman gözəl olsun. Pulsuz kişi ürəkli addım ata bilməz, hansısa məsələnin öhdəsindən gələ bilməz. Sevgidən əlavə pul da çox vacibdir ailədə" kimi sözlərlə ifadə edərkən, onların fikirlərinə qarşı çıxan verilişin digər qonağı, mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli belə cavab verib:

"Belə deyənlər yaxşı yaşayanlardır. Hamı öz durumu ilə ölçür hər kəsi. Buradakılar kasıb olsalar, kasıba haqq qazandırarlar".

Rəşad Kəsəmənlinin bu çıxışından narazı olan İlhamə Qasımova əsəbləşib. Müğənninin həyatından çəkdiyi bu misal studiyada əyləşənləri və ekran başında tamaşa edənləri olduqca təccübləndirib:

"Mən 6 il Bakıda təkbaşına yaşamışam. 8 ay işsiz qalmışam. Həmin vaxt rayona valideynlərimə zəng etmişəm, onlar mənə rayondan 1 kisə kartof göndəriblər. Düz 8 ay o bir kisə kartofla dolanmışam. Mən indi də varlı deyiləm. Keçmişimi də heç zaman unutmuram danmıram".
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı hər kəsin onu varlı hesab etdiyindən danışıb və avtomobilini necə aldığını açıqlayıb:

"Mən varlı deyiləm, avtomobilimi ərim alıb. Amma kasıb da deyiləm. Bahalı avtomobil sürürəm deyə, məni pullu hesab edirlər. Pulun ailə münasibətlərinə dəxli yoxdu. Kasıb olduğuna görə həyat yoldaşından boşanmaq doğru deyil. Düzdür, pul insan həyatında böyük rol oynayır. Mən bu sənətə acından ölmək üçün yox, daha çox pul qazanmaq üçün gəlmişəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.