Şou-biznes

Natavana gözlənilməz sual: "Pullu kişi axtarırsan?"

24 Aprel 2014 16:29
2 Şərh     Baxış: 2 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibi ATV telekanalında yayımlanan "Gündəlik" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Natavan verilişdə müzakirə olunan "pulun insan həyatındakı rolu" mövzusuna münasibət bildirib.

"Hamı pullu insanlara hörmət edir, onların qarşısında əyilir. İnsanın pulu varsa, hər məsələdə haqlıdır", - deyən N.Həbibiyə aparıcı Mətanət Əliverdiyeva maraqlı sual verib:

"Neçə ildi niyə ailə qurmursan? Pullu kişi axtarırsan?"

Müğənni bu suala "Səsimlə, oxumaqla ailəmə, özümə baxacaq qədər pul qazanıram. Xalqın sevgisilə, mahnılarımla özümü saxlayıram. Ailə quracağım insan məndən çox qazanmalıdır ki, sabah onunla ailə quranda işləmək məcburiyyətində qalmayım. O, axşam işdən gələndə mən pul xatirinə toya getməyim" deyə cavab verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.