Şou-biznes

İlham Mirzəyevin ismarışı var

24 Aprel 2014 12:58
1 Şərh     Baxış: 3 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevdən yeni xəbər var
İ. Mirzəyevin vəkili Xanlar Bayramzadə aznews.az-a bildirib ki, aprelin 23-də müvəkkili ilə görüşüb:

"İlham Mirzəyev hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Xeyli söhbət etdik. Amma elə şeylər var ki, istintaq sirri olduğundan demək olmur. Ailəsi ilə də əlaqəsi var".

Vəkil İlham Mirzəyevin ismarışını da çatdırıb: "İlham Mirzəyev dedi ki, sağlamlığından və saxlanma şəraitindən şikayəti yoxdur. O bildirib ki, görüşə heç bir məhdudiyyət qoyulmur. Nə vaxt istəsə, görüşə bilir. Həyat yoldaşı və uşaqları da Bakıdadırlar. İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir və dövlətin qanunlarına hörmətlı yanaşır".

Qeyd edək ki, aprelin 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.