Şou-biznes

Xatirə: "Toyuma bir gün qalmış yadıma düşüb ki..."

24 Aprel 2014 16:50
1 Şərh     Baxış: 5 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xatirə İslam onu qadın məclisinə dəvət etdi

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Günaydın" verlişinin bugünkü buraxlışı adət-ənənə kimi qəbul etdiyimiz xınayaxdı, nişan və qız toylarının keçirilib-keçirilməməsi müzakirəsi ətrafında cərəyan edib. Verilişə qonaq qismində müğənni Xatirə İslam, rəqqasə Fatimə, xınayaxdı mərasimləri ilə daha çox gündəmə gələ Nazilə xanım, ilahiyyatçı Elşad Miri və teleaparıcı Şəbnəm Həsənova dəvət olunublar.

İlk öncə verilişin mövzusuna ilahiyyatçı Elşad Miri öz fikrini bildirib. O, bu cür məclisləri heç bir adət-ənənə kateqoriyasına qəbul etmədiyini bu sözləri ilə əsaslandırmağa çalışıb:

"Asandı, qısası və israfdan uzaq olanı islam dininə daha çox uyğundu. Mentalitetə, adət-ənənəyə uyğun olmayan tədbirlərdən indi biznes məqsədi ilə istifadə edirlər. Belə adət-ənənə yoxdur. İsrafçılıq etmək bizim dinimizə zidd bir şeydir. Orada hansı millilikdən söz gedir bilmirəm".
 

İlahiyyatçının bu sözlərinə müğənni Xatirə İslam cavab verməli olub:
 

"Siz xınayaxdıya niyə pis baxırsınız ki?! Bahalı restoranlarda əcnəbi müğənniyə bir ətək pul xərcləyib övladının toyuna gətizdirməkdənsə, normal qiymətə bu cür xınayaxdılar təşkil etsələr, daha gözəl olar. Mən sizi mənim idarə etdiyim xınayaxdıya dəvət edirəm. Gəlin görün o xınayaxdı necə keçir. Özü də kasıb belə xınayaxdı təşkil etmir də, bunu imkanlı şəxslər edir".

Rəqqasə Fatimə qızışmaqda olan bu müzakirəyə belə yanaşıb:

"Biz çox normal qiymətə bu xınayaxdı mərasimlərini təşkil edirik. Bir ətək pul verib toylarını idarə etmək üçün gətirdikləri müğənninin həmin toydan qazancının yanında bizim aldığımız pul heç nədir. Mənim şirkətim olduğu üçün hər ay mən qazancımdan arenda pulu verirəm. Mənim işçilərim var, onların da hər birinin öz ailəsi. Görün mənim bu işimlə nə qədər ailə dolanır. Bunun nəyi pisdir ki?!"

Təmtəraqlı xınayaxdı, nişan mərasimlərinin əksinə olan verlişin digər qonağı teleaparıcı Şəbnəm Həsənova isə bu məsələyə öz şəxsi həyatından misal çəkərək münasibət bildirməsi ilə yadda qalıb:

Xoşbəxtçilik bu cür adət-ənənə dediyimiz mərasimlərlə qurulmur. Mənim ailəm rayonda yaşayırdı, mən isə burada işləyirdim. Evdəkilərə xəbər göndərib xahiş etdim ki, nişanlımın ailəsini müəyyən adət-ənənəyə görə get-gələ salmasınlar. Onlar da məni anladı. İnandırım ki sizi, mənim toyuma bir gün qalmış xınayaxdım təşkil edilib, amma xəbərim olmayıb. Xalam bu mərasimi evdə mənim üçün təşkil edib. Həmin an mən nişanlıma toy üzüyü almaq üçün getmişdim. Toyuma bir gün qalmış yadıma düşüb ki, nişanlıma üzük almamışam və həmin ərəfədə bizim üçün özündə şöhrətpərəstliyi təbliğ edən bu cür adət-ənənələrdənsə ev məsələmiz daha vacib idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.