Şou-biznes

Azərbaycanlı müğənni oğluna Bakıda toy edəcək

24 Aprel 2014 10:24
4 Şərh     Baxış: 3 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az simsar.az-a istinadən xəbər verir ki, türkiyəli iş adamı Fatih Akbudakla ailə qurub İstanbulda yaşayan müğənni Yeganə növbəti dəfə toy tədarükündədir.

O, 3 yaşlı oğlu Ömərə sünnət toyu etmək üçün Bakıdakı restoranların birində məclis təşkil edəcək.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, aprelin 28-də baş tutacaq sünnət toyunda müğənninin qohumları ilə yanaşı, sənət dostları da iştirak edəcəklər.

Yeganə və Fatih bu xoş günlərinə Azərbaycan mediasında ailələrinə yaxın bildikləri jurnalist dostlarını da dəvət ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.