Şou-biznes

Mirkamil: "Hələ oxuya bilmirəm"

24 Aprel 2014 12:33
1 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gənc müğənni Mirkamil Kamilov "İncə sənət"də açıqlama verib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, əməliyyatdan sonra işlərinə və sənətinə ara verən Kamil, çox keçmədən fanatlarını sevindirəcək.

Belə  ki, müğənni yenidən sənətindəki  işlərinə start verib.

O, həkimin qoyduğu 6 aylıq istirahət bitdikdən sonra yeni mahnılar üzərində çalışacağını bildirib.

Ağrılardan hələ də qurtulmadığını deyən Mirkamil, efir vasitəsilə əməliyyat olarkən ona dəstək olanlara minnətdarlığını bildirib.

"Mənim ilk müəllimim Zabit Nəbizadə, Teymur Əmrah, Aygün BəylərManaf Ağayevə dəstəklərinə görə minnətdarlığımı bildiririəm. Həm əməliyyat zamanı, həm də sonra daim yanımda olan Aybəniz Haşımovaya xüsusi təşəkkürümü bildirirəm.

Manaf Ağayev telefonla zəng edib "o qədər oxuya bilməyən müğənnilər var ki, xəstələnmir. Sən niyə xəstələnmisən?" deyə soruşdu.  Mən də: "Hələ ki,  oxuya bilmirəm. Hələ öyrənirəm", - deyə cavab verdim".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.