Şou-biznes

Murad Dadaşov: "Mənə deyir ki, istəmirəm, mənə sən lazımsan"

23 Aprel 2014 16:20
0 Şərh     Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şoumen Murad Dadaşov "APA TV"-də yayımlanan "İlham Rəsul və..." adlı verilişin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhur teleaparıcı uzun müddətdən bəri planlaşdırdığı "Gombullar" layihəsinin baş tutmamağının səbəblərini açıqlayıb:

"Bu verilişdə köklükdən əziyyət çəkən insanları dəvət edib, arıqlamalarına yardımçı olacaqdım. Hətta sınaq çəkilişi də aparmışdıq. Qəfildən qərara gəldim ki, layihəni efirə verməyim. Düşündüm ki, tamaşaçının günahı nədir axı? Estetik cəhətdən normal olmayanlar efirə çıxıb tamaşaçının ruhunu korlayır. Qoy televizorun qabağında oturanlar gözəllik görsün. Layihəmi özüm arıqlayıb dəyişəndən sonra reallaşdıraram".

Ailəsindən danışan M.Dadaşov övladlarına vaxt ayıra bilmədiyindən şikayətlənib:

"Övladlarıma vaxt ayıra bilmədiyimə görə narahatam. Onlarla hər gün ünsiyyət qura bilmirəm. Oğlum zəng edir ki, evə nə vaxt gələcəksən? Ona izah etməyə çalışıram ki, sizin üçün işləyirəm. Mənə deyir ki, istəmirəm, mənə sən lazımsan. Yaxşı valideyn olmağa çalışıram. Amma bu çətindir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.