Şou-biznes

Əməkdar artist onu oğlunun toyuna niyə çağırmadı?

23 Aprel 2014 15:45
1 Şərh     Baxış: 2 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Gülyanaq Məmmədova həmkarı Elza Seyidcahanın onu oğlu Əkbərin toyuna çağırmadığını bildirib
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "Şou+" verilişinə açıqlamasında çağırılmasa da, toya getdiyini deyib:

"Elzanı çox istəyirəm. Məni oğlunun toyuna dəvət etmədi. Əkbərin toyu olduğunu yaxın bir adamdan eşitdim. Dedim ki, Elza çağırmasa da, mən ora gedəcəm. Yaxın adamlardan soraqladım, vaxtı və məkanı öyrəndim. Fikirləşdim ki, yəqin mənə deməyə utanıb.

Toy günü səhər Elza özü zəng elədi ki, utandım deməyə. Toyda iştirak etdim. Oğluna xoşbəxtlik arzulayıram. Bu, onun ikinci evliliyidir. İlk dəfə uğursuz olmuşdu. Bu dəfə yarımasını arzulayıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.