Şou-biznes

Elnarə Xəlilova: "Kənardan hər şey rahat görünür" - MÜSAHİBƏ - FOTO

23 Aprel 2014 14:08
2 Şərh     Baxış: 3 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər zaman şən, enerjili, gülərüz müğənni Elnarə Xəlilova sənətdə ilk addımlarını Vaqif Gərayzadənin "W-trio" qrupunda atıb. Qrup dağıldıqdan sonra Elnarə də qrupun digər üzvləri Röya və Natavan kimi solo-karyerasına başlayıb. Karyerası dövründə çoxlu sayda uğurlu mahnı yazıb, kliplərə çəkilib, gözəl ailə qurub və üç uşaq sahibi olub.

Milli.Az xəbər verir ki, tanınmış müğənni Elnarə Xəlilova Day.Az saytının Lady Day.Az layihəsinin qonağı olub.

Müğənninin müsahibəsini ixtisarla təqdim edirik.


- Elnarə, adətən yaradıcı adamlara yaradıcılıq barədə suallar verirlər. Mən isə sizin ailə həyatınız barədə soruşmaq istərdim. Yaradıcılıqdan geri qalmadan üç uşağı necə böyüdürsünüz?

- O-o-o-o! (gülür). İnanmazsınız. Heç nəyi çatdırmıram. Çarxın içindəki dələ kimi yaşayır və işləyirəm.
 
- Kənardan hər şey yaxşı görünür...
 
- (Sözü kəsir) Əlbəttə. Kənardan hər şey rahat görünür.

- Köməkçilərin yoxdur?

- Yeganə köməkçim anamdır. Uşaqlarla özüm məşğul oluram, ancaq evdə olmayanda onlar anamın yanında olurlar. Qızım birinci sinfə gedir, oğlanlar isə uşaq bağçasına. Bu böyük köməkdir.

- Müəllimlərin sizin uşaqlarınıza münasibəti necədir? Axı onlar tanınmış müğənninin uşaqlarıdır.


- Xeyr. Mən yalnız səhnədə və işdə müğənniyəm. Məktəbdə və bağçada isə valideynəm. Həm müğənniyəm, həm də ki, valideynəm. Evdə bu işlər kəsişmirlər. Hər şeyin öz yeri var.

Müğənninin  verdiyi müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.