Şou-biznes

Azərbaycanlı müğənni: "Heç kim məndən açıq-saçıq geyim gözləməsin"

22 Aprel 2014 16:52
10 Şərh     Baxış: 2 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Natavan Həbibi mayın 17-də baş tutacaq solo konsertindəki geyimlərindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Onlar" verilişinə açıqlamasında açıq-saçıq libaslarla tamaşaçını təəccübləndirmək fikrində olmadığını bildirib:

"İllərdir konsert vermirəm. Buna səbəb xəyalımdakı kimi ab-hava, gözəlliyi yarada bilməmək qorxusu idi. İndi gördüm ki, istədiyim işıq effektlərini tapa bilirəm. Konsertə çox insan dəvət edəcəm. Çünki bu, mənim ilk solo konsertimdir. Mənimlə eyni səhnədə heç bir ulduz müğənni çıxış etməyəcək.

Boşluğumu doldurması üçün heç kimi çağırmamışam. Bircə konsertdə tələbələrim olacaq, onlar çıxış edəcək. Eyni zamanda mənim bekvokalçılarım olacaqlar. Geyimə gəldikdə isə modelyerim mənə uyğun libaslar hazırlayır. Heç kim məndən açıq-saçıqlıq, çimərlik geyimi gözləməsin, olmayacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.