Şou-biznes

Nadir Qafarzadədən partlayış xəbərdarlığı - VİDEO - FOTO

22 Aprel 2014 15:27
12 Şərh     Baxış: 2 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadədən xəbər var

Milli.Az-ın məlumatına görə, N.Qafarzadə növbəti dəfə xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edib. O, dünya şöhrətli sənətkarın ifasında olan "Xalidə" adlı mahnını lentə aldırıb.
 

N.Qafarzadə yaradıcılığında baş verən yenilik barəsində isə bunları söyləyib: "Bu gün yeni mahnımı təqdim edirəm. Bu bəstəni Azərbaycanın dahi sənətkarı, dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova ifa etmişdi. Elə o vaxtlardan bu mahnı mənim ürəyimdə öz yerini tapmışdı. Əksər hallarda bu mahnını züm-zümə edirdim. Daha sonra qərara aldım ki, bu bəstəni repertuarıma daxil edim. Bundan əlavə bir neçə mahnı da ifa etmişəm. Lakin hələ onu açıqlamaq istəmirəm. Amma bircə onu deyim ki, səs-küyə səbəb olacaq. Öncədən xəbərdarlıq edirəm. Partlayışa hazır olun".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.