Şou-biznes

Mərhum reperin ailəsi Rəqsanənin çəkdiyi xərci özünə qaytardı

22 Aprel 2014 11:36
52 Şərh     Baxış: 10 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mərhum rep ifaçısı Hüseyn Dəryanın ailəsi ilə müğənni Rəqsanə İsmayılova arasında anlaşılmazlıq yaranıb
Fikir ayrılığının yaranmasına səbəb R. İsmayılovanın rep ifaçısının qəbirüstü abidəsinin xərclərini çəkməsi ilə bağlı açıqlaması olub.

Milli.Az aznews.az-a istinadən bildirir ki, ötən gün "Adam içində" verilişində iştirak edən rep ifaçısının anası Abtab Muradova bildirib ki, ailə oğlunun qəbirüstü abidəsinin xərclərini Rəqsanənin çəkməsi ilə razı deyil:

"Rəqsanə bununla bağlı açıqlama verəndə və işə başlamaq istəyəndə ona sifariş göndərərək, ehtiyac olmadığını dedim. Əlbəttə, ona bu xoş niyyətinə görə təşəkkürümüzü bildiririk. Amma demişəm ki, bacarsaq, Hüseynin qəbirüstü abidəsini özümüz düzəltidərəcəyik, bacarmasaq da qalacaq".

Rəqsanə isə verilişə telefon bağlantısı ilə qoşularaq bunları deyib: "Mən o işi reklam xatirinə görmürdüm. Amma istəmədilərsə, yenə də sağ olsunlar".

Qeyd edək ki, veriliş efirdə olan zaman elan olundu ki, proqramın gedişi zamanı H. Dəryanın ailəsi Rəqsanənin qəbirüstü abidəyə çəkdiyi 1550 manatı geri qaytarıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.