Şou-biznes

Ramalın toyuna kimlər gəlmədi?

19 Aprel 2014 12:10
2 Şərh     Baxış: 4 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ramal İsrafilovun illərlə bu sənətdə çiyin-çiyinə çalışdığı bir neçə həmkarı toya təşrif buyurmayıb
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi, diva ilə barışığa imza atsa da, görünür, istəyinə tam nail ola bilməyib.

Belə ki, bu günlərdə evində toy çaldıran müğənninin gözü yollardan çəkilməyib. Onun toyuna dəvətli olanların bir neçəsi məclisə gəlməyib.

Bu siyahıya isə Aygün Kazımova başçılıq edir. Həmçinin siyahıda Brilliant Dadaşovanın və eks üzvü  olduğu "A trio" qrupunun rəhbəri Abbas Bağırovun adı da var.

Əlavə məlumat üçün bildirək ki, Kazımova Türkiyədə olduğu üçün toya gələ bilməsə də, Brilliant və Abbas Bakıda olublar.

Ramal toyunu mediadan kənar keçirdiyini düşünsə də, "ATV Maqazin" bu stereotipləri alt-üst edib. Restorana daxil olarkən görüntülənən Ramalın həyəcanı elə gözlərindən oxunurudu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.