Şou-biznes

Əməkdar artist Markesi tanımadığına haqq qazandırdı - FOTO

18 Aprel 2014 17:46
1 Şərh     Baxış: 1 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün bir jurnalist mənə zəng vurub "Axar.az" saytından deyir ki, Qabriel Qarsia Markes rəhmətə gedib, tanıyırdız onu?"

Milli.Az xəbər verir ki, bu sözləriaxar.az-ın əməkdaşının incəsənət adamları arasında keçirdiyi sorğudan sonra əməkdar artist Aybəniz Haşımova Markesi tanımamasına haqq qazandırmağa çalışdığı Facebook statusunda yazıb.

Əməkdaşımızın incəsənət adamları ilə keçirdiyi sorğunun nəticələri saytda yayımlandıqdan sonra əməkdar artist özünün Facebook səhifəsində bunları qeyd edib: 

"Bu gün bir jurnalist mənə zəng vurub, "Axar.az" saytından, deyir ki, Qabriel Qarsia Markes rəhmətə gedib, tanıyırdız onu? Mən heç görmədim ki, bu qədər dəyərli Azərbaycan məşhurları rəhmətə gedəndə bir nəfər heç olmasa zəng vurub soruşsun ki, ay Aybəniz, onu tanıyırsan? Yenə deyirəm, Allah min rəhmət eyləsin. Birinci növbədə, öz yazıçılarımıza sevgi və sayğı göstərməliyik. Rəhmətə gedənlərə min rəhmət, qalanlara isə can sağlığı".
 

Xatırladaq ki, axar.az-ın incəsənət adamları ilə keçirdiyi sorğuda iştirak edən müğənni Aybəniz Haşımova Qabriel Markesi müğənni zənn etmişdi:

"Axı mənim nəyimə lazımdır o adam? Bax indi deyəcəm, güləcəksiniz, mənim öz sənətkarlarım qalıb qıraqda, Markesi tanımalıyam? Mən heç Azərbaycanın aktyorlarını fərli-başlı tanımıram. Bunları niyə tanımalıyam? Daha ciddi sual verə bilməzsiz?"

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.