Şou-biznes

İradə İsaq: "Bizim müğənnilərin şəxsiyyət problemi var"

18 Aprel 2014 16:25
0 Şərh     Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı İradə İsaq ATV telekanalında yayımlanan "Gündəlik" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, telejurnalist "Düz üzünə" verilişinə dəvət edilən müğənnilərin gəlməməyindən şikayətlənib:

"Baxmayaraq ki, müğənnilərimiz iyirmi ildir sənətdədirlər, müxtəlif tipli proqramlara çıxıblar, verilişimə gəlmirlər. Bu, mənim yaralı yerimdir. Həyatlarındakı gizli məqamların açılmağından qorxurlar. Düz danışmaq istəmirlər. Artıq dünya qloballaşıb. Bu, özünü təkcə zaman və məkan deyil, düşüncələrdə də büruzə verməlidir. Bizim müğənnilərin şəxsiyyət problemi var. Danışdıranda danışa bilmirlər. Savadları yoxdur, özlərini inkişaf etdirmirlər. Xaricdə hər şey tamam fərqlidir. Türkiyədə müğənnini verilişə dəvət etmirlər. Axşam ərini məşuqəsi ilə tutub çəkirlər. Onların medianın işinə müdaxilə etməyə ixtiyarları yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.