Şou-biznes

Hüseyn Dəryanın səhnədəki ilk addımları - VİDEO

18 Aprel 2014 10:33
43 Şərh     Baxış: 6 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mərhum reper Hüseyn Dəryanın dostu Kənan M.M. onun ilk efir görüntülərini yayıb
Milli.Az-ın anspress-ə istinadən xəbərinə görə, tanınmış rejissor Kənan M.M (Mahmudov) ötən ay dünyasını dəyişmiş dostu Hüseyn Dəryanın ilk efirə çıxdığı zaman çəkilən videogörüntülərini yayıb.

Məşhur reperin qonaq olduğu ilk efirində digər həmkarı Anar Nağılbaz və meyxanaçı Namiq Qaraçuxurlu da iştirak ediblər.

Rejissor Kənan M.M. paylaşdığı videoda həmin veriliş günü dostu ilə yaşadıqları qısa bir xatirələrini də yazıb:

"2001-ci il Dəryanın ilk efiri. 207 nömrəli avtobusla getdik, kanalın girişində köynəyinin düyməsi qırıldı. Dərya, "ay daa, ay brat, mən indi nə edəcəm?" dedi və mənim paltarımı geyindi. Həmişə zarafatla ələ salırdım onu. Ona görə ki, paltar əyninə bir az böyük idi. Can, Dərya, can! Məkanın cənnət olsun, AMİN!"

Qeyd edək ki, Hüseyn Dərya bu il martın 15-dən 16-na keçən gecə idarə etdiyi "99 EK 575" nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb və yerləşdirildiyi 3 saylı Sabunçu şəhər xəstəxanasında dünyasını dəyişib.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.