Şou-biznes

Rəqsanə: "Sevirəm, gözlərimin içi parıldayır"

18 Aprel 2014 14:12
7 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova "Solo" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramda şəxsi həyatından danışan sənətçi sevildiyini, gözəl münasibəti olduğunu bildirib:

"Həyatımda çox hadisələr olub. Sevmişəm, ayrılmışam. Bir gün qarşıma məqsəd qoydum ki, bunlara son qoymalıyam. Sevib ayrılmaq, oturub ağlamaq mənə yaraşmaz. Qızım var, bir müddət sonra nənə olacam. Qərar verdim ki, ya ailə qurmalıyam, ya da sevgi macəralarına son qoymalıyam. Sevdim, ailə qurdum. Sevməsəm, sevilməsəm, bu gün belə enerjili olmazdım. Belə bəzənib-düzənib dolaşmazdım. Sevirəm, gözlərimin içi parıldayır. İnsan həyatda hər şey qazana bilər. Pula, var-dövlətə əhəmiyyət vermirəm. Ən önəmlisi can sağlığıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.