Şou-biznes

Xərçəng xəstəsi olan hacı Nuran Almaniyadan səsləndi

17 Aprel 2014 15:31
17 Şərh     Baxış: 9 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı hacı Nuran Hüseynovdan xəbər var

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Almaniyada müalicə alan sevilən aparıcı şəxsi Facebook səhifəsində yeni fotosunu paylaşıb. Hacı Nuran ona dəstək olan hacı Nazim adlı dostu ilə kamera önünə keçib. Daha sonra isə ona dəstək verənlərə təşəkkürünü bildirib:

"Mənə həmişə elə gəlir ki, ən isti varlıq günəşdir! Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi onun yanında zəif görünür, bir fərq də var: Həqiqi dost istisindən yanmaq olmur... Xəstə olduğum birinci gündən mənə çox dəstək olanlardan, şəxsən mənim özümə və neçə-neçə xəstələrin əməliyyatına və müalicələrinə maddi-mənəvi kömək olan, xüsusi ilə Bakıdan bir neçə dəfə Almaniyaya mənim ziyarətimə gələn, çox istədiyim uşaqlıq dostum hacı Nazim Farzaliyev oldu. Dəyərli dostum-qardaşıma təşəkkür etməyə söz tapmıram. Çox sağ ol ki, varsan. Allah səni hər zaman qorusun. Gəlişin ilə məni yenə çox sevindirdin. Allah da səni sevindirsin".

Xatırladaq ki, hacı Nuran "Xeyir körpüsü", "Vətənimdir Azərbaycan" verilişlərinin layihə rəhbəri və aparıcısı olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.